1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İdmançımız Avropa çempionatında 25-ci oldu
Serbiyanın Novıy Sad şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatı davam edir.
Sportnet.az-ın məlumatına görə, qitə çempionatının ikinci yarış günündə kişilər arasında şpaqa və qadınlar arasında rapirada qaliblər müəyyənləşib.
Azərbaycanı şpaqada təmsil edən Kənan Əliyev turnirə uğurlu start verib. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-də qələbə qazanan idmançı birbaşa 1/32 final mərhələsinə vəsiqə qazanıb.
O, bu mərhələdə Angel Fabreqata 15:12 hesabı ilə qalib gəlib. K.Əliyev 1/16 finalda ispan şpaqaçı Qabriel Ciminiyə 9:15 hesabı ilə məğlub olub və 104 idmançı arasında 25-ci yeri tutub.
Qrupda keçirdiyi 6 görüşü qələbəsiz başa vuran Barat Quliyev isə mübarizəni erkən dayandırıb.