İrlandiyalı qarışıq döyüş növləri ustası Konor Makqreqor ABŞ-ın Florida ştatının Mayami-Biç kurort şəhərində yerli polis tərəfindən saxlanılıb.
Sportnet.az xəbər verir ki, Makqreqor martın 11-də fanatının telefonunu qırdığına görə tutulub. Bu, pərəstişkarın otel yaxınlığında idmançının şəklini çəkməsindən sonra baş verib. Telefonu qırdıqdan sonra özü ilə apardığı üçün ona qarşı qarət və dələduzluq maddəsi üzrə ittiham irəli sürülüb.
"Mmafighting.com" xəbər verir ki, zərərçəkən İngiltərədən olan Əhməd Abdirzakdır.
Makqreqor Floridada UFC-yə qayıtmağa hazırlaşırmış. Onun sözügedən turnirdə sonuncu döyüşü rusiyalı Həbib Nurməhəmmədova qarşı olub.