Çexiyada yeniyetmə cüdoçular arasında keçirilən Avropa Kubokuna yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, yarışın son günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. 57 kq çəki dərəcəsində yarışan Aytac Qardaşxanlı yalnız bir görüşdə uduzaraq bürünc medala sahib olub.
Beləliklə Avropa Kubokunda yığma 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb. İlk yarış günündə İsmayıl Qənbərli (50 kq), Kamran Süleymanov (55 kq) və Turan Bayramov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Şükran Zamanlı (55 kq), Nahid İsmayılov (66 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüb. Səbinə Əliyeva (48 kq), Aydın Rzayev (55 kq) və Mətin Rzazadə (66 kq) isə bürünc medala sahib olub. Azərbaycan komanda hesabında medalların həm əyarı, həm də sayına görə 1-ci yeri tutub. Millinin baş məşqçisi Ramiz Ramizzadəyə yarışın baş kuboku təqdim olunub.