Qrapplinq növü üzrə milli komandaya yeni baş məşqçi təyin olunub.
Sportnet.az-ın məlumatına görə, bu, Əkbər Hadıyevdir. Hadıyev daha əvvəl Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının qrapplinq bölməsinin baş hakimi kimi fəliyyət göstərib. 2011-ci ildən isə o, yığma üzvü kimi bir çox yarışın iştirakçısı və mükafatçısı olub. Hadıyev 2012-ci ildə pankration üzrə dünya birinciliyinin bürünc mükafatçısı, 2014-cü ildə MMA üzrə Dünya Kubokunun gümüş mükafatçısı, 2015-ci ildə dünya çempionu adına layiq görülüb. O həmçinin 2017-2018-ci illərdə qrapplinq üzrə dünya birinciliyinin gümüş mükafatçısı olub.
Qeyd edək ki, Əkbər Hadıyev ötən il Azərbaycanın Əməkdar Məşqçisi adına layiq görülüb.