Atatürkün anım, gənclik və sporr bayramı münasibətilə Türkiyənin Ordu şəhərində təşkil edilən beynəlxalq turnirə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, son yarış günündə Azərbaycan taekvondoçularından Pünhan Mürsəlov (41 kq), Fərid Əliyev (49 kq), Asim Əlimov (+65 kq), Səmmərux Osmanova (51 kq) qızıl, Səriyyə Bağırova (51 kq) gümüş, Fazil Hüseynov (57 kq) bürünc medal qazanıb.
İlk yarış günündə isə Şamil Mirzəyev (33 kq), Nihat Məmmədzadə (37 kq), Kənan Əmiraslanov (45 kq), Nizamı Hacıyev (53 kq), Zemfira Həsənzadə (29 kq) qızıl, Vaqif Hacıyev (45 kq), Nəzirə Ölməz (47 kq) gümüş, İbrahim Əlizadə (61 kq), Vüsal Məmmədov (61 kq), Şəbnəm Novruzova (37 kq) bürünc medala sahib olub.
“Gömrükçü” İK-nı təmsil edən Nicat Hacıyev (53 kq), Nərgiz Kazımova (37 kq), Sofiya Nəcəfova (29 kq, Təhsil), Hikmət Həmidov (DİN. İ.C. 33 kq) gümüş medala, Asim Quliyev və Əzim Gülməmmədli (hər ikisi 33 kq, RUGİM) bürünc medala layiq görülüb.
Yeniyetmələrdən ibarət milli ümumi komanda hesabında qızlar arasında 2-ci, oğlanlar və yekun medal sıralamasında 1-ci pilləyə sahib olub.
Qeyd edək ki, komandanın baş məşqçisi Səbuhi Zülfüqarov, böyük məşqçisi Sənan Həşimovdur.