Sərbəst güləş üzrə Azərbaycan yığması iyulun 4-dən ölkə xaricində növbəti təlim-məşq toplanışına başlayacaq.
Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, kollektiv bu gün Türkiyəyə yola düşüb.
Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında 14 güləşçi iyulun 10-dək İstanbulda hazırlıq keçəcək.
Daha sonra komanda 11-14 iyulda həmin şəhərdə təşkil olunacaq reytinq xarakterli Yaşar Doğunun xatirə turnirində qüvvəsini sınayacaq.