Azərbaycan milli komandasının daha bir boksçusu Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev ilk döyüşündə qalib gəlməklə 16 ən güclü boksçu sırasına düşüb. O, çinli Danabieke Bayıkevuzini 4:1 (28:27, 28:26, 28:26, 28:26, 27:28) hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb. Abdullayev 1/8 finalda misirli Yosri Rezk Mustafa ilə üz-üzə gələcək. Döyüş bu gün olacaq.
Qeyd edək ki, daha öncə Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (57 kq) və Dominqes Alfonso (81 kq) da 1/8 finala yüksəlib.