Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qadınlar arasında Avropa çempionatında Azərbaycan milli komandasının 2 boksçusu ən azı bürünc medalı təmin edib. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Sportnet.az–a verilən məlumata görə, bunlar 75 kq çəki dərəcəsində mübarizə aparan Leyla Cavadova və 69 kq çəkidə yer alan Yelena Vıstropovadır. 
	
Cavadova ¼ finalda rumıniyalı Ana Patraskunu məğlub edib – 3:0. Həmyerlimiz yarımfinalda Almaniya boksçusu Sara Şeuriçlə üz-üzə gələcək. Dünya çempionatının bürünc mükafatçısı Vıstropova isə polşalı Natalya Hollinsanı üstələyib – 3:0. Vıstropovanın növbəti rəqibi rumıniyalı Mikaela Kristiana olacaq. Əvəzində Əzizə Abbasova (48 kq) 1/4 finalda türkiyəli Ayşə Çağrıra 0:3 hesabı ilə uduzaraq, yarışdan kənarda qalıb.