İngiltərənin Nyukasl şəhərindən olan qadın boksçu Eypril Hanter sosial şəbəkəyə rəfiqəsi ilə dodaq-dodağa öpüşdüyü fotonu yerləşdirib.
Sportnet.az-ın məlumatına görə, Hanter bu şəkli eynicinslilərin münasibətlərinin şəriətlə qadağan edildiyi və islamın dövlət dini sayıldığı Maldiv adalarında edib. 24 yaşlı idmançı fotosuna "Hələ də qeyri-ənənəvi seksual orientasiyanın üzvü olmaq Maldiv və digər müsəlman ölkələrində qadağan edilib. Müasir dövrdə bu, ağılsızlıqdır" sözlərini yazıb.
Sonradan o, postunu silsə də, fotosunu "Twitter"də saxlayıb.
Qeyd edək ki, Maldivdə eynicinslilərin sevişməsi günahlandırılan şəxsin şallaqlanması ilə birgə 8 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. Eypril Hanter peşəkar rinqdə keçirdiyi hər iki döyüşündən qalib ayrılıb.