Kiyev "Dinamo"sunun futbolçusu Denis Popov 2019-cu ildə Ukraynanın ən yaxşı qadın idmançısı seçilmiş cüdoçu Darya Bilodidlə görüşür.
Sportnet.az-ın məlumatına görə, cütlük Avropa və ikiqat dünya çempionuna həsr olunmuş "Anakonda" sənədli filminin təqdimat mərasiminə qatılıb. Yayılmış görüntülərdə onların filmə baxarkən əl-ələ tutduqları əks olunub.
20 yaşlı cüdoçu "Instagram"a 21 yaşlı müdafiəçi ilə şəkillərindən birini də yerləşdirib.
Qeyd edək ki, Darya Belodid ilk dünya çempionluğunu 2018-ci ildə Bakıda qazanıb. O, ötən il Yaponiyanın paytaxtı Tokioda da analoji nailiyyətini təkrarlayıb. Belodid 2017-ci ildə Polşanın paytaxtı Varşavada Avropa çempionu, 2019-cu ildə Belarusun paytaxtı Minskdə isə II Avropa Oyunlarının qalibi olub.