Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyində 1/2 final mərhələsinin döyüşlərinə start verilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Məhəmmədəli Qasımzadə (54 kq) finala gedən yolda rumıniyalı Daniel Girleanu ilə üz-üzə gəlib.
1/8 finalda Arseni Oniyenkonu (Ukrayna), ardınca Fyodor Kamanini (Estoniya) məğlub edən boksçu rinqdən yenə qalib ayrılıb. O, son Avropa çempionu üzərində 4:1 (29:28, 30:27, 28:29, 29:28, 29:28) hesablı qələbə qazanıb. Qasımzadə final döyüşündə rusiyalı Boqdan Prima ilə qarşılaşacaq.
Qeyd edək ki, 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.