Azərbaycan karateçisi Rafael Ağayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına 75 kq çəki dərəcəsində çıxış edən idmançı ilk görüşündə Li Fenq-Jen (Çin Taypeyi) və İvan Korabauya (Belarus) qalib gəlsə də, növbəti qarşılaşmada Skott Tomasa (ABŞ) uduzaraq, yarışı medalsız başa vurub.
------------------------------------
Azərbaycan karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.
Sportnet.az məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Nesrin Buqrin (Belçika), Qalina Melnik (Ukrayna), Anna Prezzoti (Braziliya) və Alisa Buxinger (Avstriya) ilə dueldən qalib ayrılıb.
Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı qızıl medal uğrunda italiyalı Silviya Semeraro ilə döyüşəcək.
Bu gün mübarizəyə qoşulan Pənah Abdullayev (84 kq) və Fəridə Əliyeva (+68 kq) yarışı medalsız bitirib. Asiman Qurbanlı (+84 kq) isə yarımfinaladək irəliləyə bilib. Finala gedən yolda Simone Marinoya (İtaliya) uduzan karateçi bürünc medal uğrunda mübarizə aparacaq.
Digər titullu karateçi Rafael Ağayev də (75 kq) bu gün yarışa qoşulacaq.