Asiman Qurbanlı Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Qran-prinin "Top Ten" yarışında bürünc medal qazanıb.
Sportnet.az-ın "karate.az"a istinadən məlumatına görə, turnirdə 12 idmançı iştirak edib. Qurbanlıdan başqa mükafatlar uğrunda Emil Pavlov və Petar Zaborski (hər ikisi Şimali Makedoniya), Nikola Maloviç (Monteneqro), Gabor Harspataki və Tadissi Matial (hər ikisi Macarıstan), Rijad Dzuho (Bosniya və Herseqovina), Miçele Martina (İtaliya), Erman Eltemur (Türkiyə), Ancelo Kvesiç və Enes Qariboviç (hər ikisi Xorvatiya), həmçinin Boqdan Trikoş (Serbiya) mübarizə aparıb.
4 qrupa bölünən idmançılar mütləq çəski dərəcəsində döyüşüb. Dairəvi sistemlə yarışın mükafatçıları topladığı ballar əsasında təyin edilib. Qalibə 2 000 avro, ikinci yeri tutan idmançıya 1 000 avro, üçüncü pilləyə çıxanların hər birinə isə 500 avro pul mükafatı verilib.