Azərbaycan millisinin 7 cüdoçusu bu gün Türkiyənin Antalya şəhərində start götürən Böyük Dəbilqədə mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/16 finalda Felipe Dakruza (Livan) qalib gəlsə də, növbəti görüşdə Angelo Pantano (İtaliya) ilə bacarmayıb.
Eyni çəkidə yer alan Rövşən Əliyev ilk qarşılaşmada Dilşot Xalmatov (Ukrayna) üzərində qələbə qazanıb. Lakin 1/8 finalda Dilşodbek Baratovla (Özbəkistan) dueldən məğlub ayrılan idmançı mübarizəni dayandırıb.
66 kq-da Yaşar Nəcəfov təsnifatda Adonis Diasdan (ABŞ) güclü olsa da, növbəti raundda Denis Vieruya (Moldova) uduzub.
Bu çəkidəki digər Azərbaycan təmsilçisi Orxan Səfərov isə ardıcıl olaraq İsayya Ramires (ABŞ), Abubakr Şerov (Tacikistan) və Strahinya Bunçiçi (Serbiya) yenərək yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda Villian Lima (Braziliya) ilə üz-üzə gəlib. Rəqibinə ipponla uduzan Səfərov bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi Tal Fliker (İsrail) olacaq.
Qadınların yarışında 48 kq-dakı Şəfəq Həmidova startda Andrea Stoyadinova (Serbiya) məğlub olub. Leyla Əliyeva isə ilk görüşdə Aliani Kubkarbonnel Yuliana (Kuba) qalib gəlsə də, 1/8 finalda Mari Di Varqas Leyə (Çili) uduzub.
52 kq-da yarışan Gültac Məmmədəliyeva 1/16 finalda Govhar İrmaqambetovanu (Qazaxıstan) yensə də, növbəti mərhələdə Çelsi Caylsla (Böyük Britaniya) dueldən məğlub ayrılıb.
Qeyd edək ki, yığmanın digər 10 cüdoçusu mübarizəyə 2-3 apreldə qoşulacaq.
----------------------------------------
Bu gün Türkiyənin Antalya şəhərində start götürəcək Böyük Dəbilqədə Azərbaycan millisinin 7 cüdoçusu mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov və Rövşən Əliyev yarışa 1/16 finaldan start verəcək. Onlar müvafiq olaraq, livanlı Felipe Dakruz və ukraynalı Dilşot Xalmatovla üz-üzə gələcək.
66 kq-da Yaşar Nəcəfov təsnifatda ABŞ təmsilçisi Adonis Diası, Orxan Səfərov isə 1/16 finalda Sayya Ramires (ABŞ) / Lusian Bors Domitresku (Rumıniya) cütünün qalibini sınağa çəkəcək.
Qadınların mübarizəsində ilk gündə 3 cüdoçu tatamiyə çıxacaq.
48 kq-da Şəfəq Həmidova serbiyalı Andrea Stoyadinovla, Leyla Əliyeva kubalı Aliani Kubkarbonnel Yulianla qarşılaşacaq. Hər iki görüş 1/16 finala təsadüf edəcək.
52 kq-da mübarizə aparan Gültac Məmmədəliyeva isə bu raundda qazaxıstanlı Qaxar İrmaqambetova ilə görüşəcək.
Kişilər
60 kq
1/16 final. Turan Bayramov - Felipe Dakruz (Livan)
1/8 final. Turan Bayramov - Angelo Pantano (İtaliya)
1/16 final. Rövşən Əliyev - Dilşot Xalmatov (Ukrayna)
1/8 final. Rövşən Əliyev - Dilşodbek Baratov (Özbəkistan)
66 kq
Təsnifat. Yaşar Nəcəfov - Adonis Dias (ABŞ)
1/16 final. Yaşar Nəcəfov - Denis Vieru (Moldova)
1/16 final. Orxan Səfərov - İsayya Ramires (ABŞ)
1/8 final. Orxan Səfərov - Abubakr Şerov (Tacikistan)
1/4 final. Orxan Səfərov - Strahinya Bunçiç (Serbiya)
1/2 final. Orxan Səfərov - Villian Lima (Braziliya)
Bürünc medal görüşü: Orxan Səfərov - Tal Fliker (İsrail)
Qadınlar
48 kq
1/16 final. Şəfəq Həmidova - Andrea Stoyadinov (Serbiya)
1/16 final. Leyla Əliyeva - Aliani Kubkarbonnel Yulian (Kuba)
1/8 final. Leyla Əliyeva - Mari Di Varqas Ley (Çili)
52 kq
1/16 final. Gültac Məmmədəliyeva - Govhar İrmaqambetova (Qazaxıstan)
1/8 final. Gültac Məmmədəliyeva - Çelsi Cayls (Böyük Britaniya)
Qeyd edək ki, yığmanın digər 10 cüdoçusu mübarizəyə 2-3 apreldə qoşulacaq.