Azərbaycan Boks Federasiya (ABF) Azərbaycan millisinin baş məşqçisi Umberto Orta Domingeslə vidalaşıb.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, kubalı mütəxəssislə başa çatan müqavilə yenilənməyib. Onu yerli məşqçinin əvəzləyəcəyi gözlənilir.
Təcrübəli mütəxəssisin həmyerlisi, Minsk-2019 Avropa Oyunlarının qalibi, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı və 2021-ci ilin dünya çempionu Alfonso Dominges isə yığmadakı çıxışını davam etdirəcək.
ABF-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, baş məşqçi ilə bağlı yekun qərar hələlik verilməyib, rəsmi məlumat olan kimi açıqlanacaq.
Qeyd edək ki, Umberto Orta Dominges 2019-cu ildən Azərbaycan millisinə rəhbərlik edirdi.