Azərbaycan boksçusu Kənan Babayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında keçirilən Avropa çempionatında 1/4 final görüşünə çıxıb.
Federasiyanın Mətbuat xidmətindən Soportnet.az-a verilən məlumata görə, 48 kq çəki dərəcəsində yarışan idmançı Gürcüstanı təmsil edən Oruc Əhmədovla qarşılaşıb.
İlk görüşündə türkiyəli Telet Yağlını mübarizədən kənarlaşdıran boksçu ikinci döyüşündə də qələbə qazanıb. Rəqibinə 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələn Babayev yarımfinala yüksəlməklə yanaşı, ən azı bürünc medalı da təmin edib. O, aprelin 20-də yarımfinal qarşılaşmasında irlandiyalı Tedi Coysla münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, yarışda Azərbaycanın daha 2 boksçusu 1/4 final döyüşünə çıxacaq.