Azərbaycan taekvondo ailəsinə ağır itki üz verib.
Sportnet.az-ın federasiyanın rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, bir çox idmançının yetişdirilməsində rolu olan və hazırda məşqçi kimi fəaliyyət göstərən bir neçə məşqçi-müəllimlərə taekvondonun sirlərini öyrədən Şahmurad Əlimuradov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Mütəxəssis bu ilin fevralınadək Sumqayıt şəhər Gənclər və İdman idarəsində baş məşqçi vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!