Azərbaycanın güləşçiləri Konyada keçirilən V İslam Həmrəylik Oyunlarında mübarizəni başa vurub.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Avropa çempionu Sənan Süleymanov (77 kq) finalda Olimpiya mükafatçısı, ikiqat Asiya çempionu qırğızıstanlı Akjol Mahmudova 2:5 hesabıyla məğlub oluv və gümüş medalla kifayətlənib.
Sabah Şəriəti (130 kq) qazaxıstanlı Anton Savenkoya 5:0 hesabıyla qalib gələrək bürünc medal qazanıb. Məhəmməd Əhmədiyev (87 kq) isə bürünc medal görüşündə qırğızıstanlı Atabəy Azisbəyova 2:3 hesabıyla məğlub olaraq medalsız qalıb.
Beləliklə, Azərbaycan güləşçilər İslamiadanı 8 qızıl, 8 gümüş və 7 bürünc medalla başa vurub.
------------------------------------
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycan 12-ci qızıl medalını qazanıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, yunan-Roma güləşçisi Həsrət Cəfərov finalda Amantur İsmayılova (Qırğızıstan) qalib gələrək qızıl medala yiyələnib.
Bu, güləşçilərimizin 8-ci, ümumilikdə Azərbaycanın 12-ci qızıl medalıdır.
----------------------------------
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycan 10-cu qızıl medalını qazanıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Jalə Əliyeva (57 kq) finalda Ester Kolavoleyə (Nigeriya) 14:6 hesabı ilə qalib gələrək qızıl medalı əldə edib.
Bu, güləşçilərimizin 7-ci, ümumilikdə Azərbaycanın 10-cu qızıl medalıdır.
Bakıda keçirilmiş IV İslam Həmrəylik Oyunlarının bürünc medalçısı Murad Məmmədov (60 kq) isə bu dəfə də qızıl medal qazana bilməyib. O, finalda Jolaman Şarşenbəyova (Qırğızıstan) uduzaraq gümüş medalla kifayətlənib.
--------------------------------
Azərbaycanın daha bir güləşçisi Jalə Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, o, türkiyəli rəqibi üzərində əzmkar qələbə qazanaraq bu nailiyyətə imza atıb.
Beləliklə, Bakı vaxtı ilə saat 18:30-dan etibarən start götürəcək final görüşlərində Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleyamanov (77 kq) və Jalə Əliyeva (57 kq) final görüşlərinə çıxacaq. Məhəmməd Əhmədiyev (87 kq) və Sabah Şəriəti (130 kq) isə bürünc medal üçün mübarizə aparacaq.
---------------------------------
Azərbaycanın üç güləşçisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, dünya və Avropa mükafatçısı, IV İslam Həmrəylik Oyunlarının medalçısı Murad Məmmədov finala yüksəlib.
Daha sonra eyni uğuru Avropa mükafatçısı Həsrət Cəfərov, o cümlədən dünya mükafatçısı və Avropa çempionu Sənan Süleymanov təkrarlayıb.
---------------------
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycan güləşçiləri uğurlu çıxışlarını davam etdirirlər.
Sportnet.az-ın məlumatına görə, bu gün mübarizə aparan Azərbaycanın yeganə qadın güləşçisi Jalə Əliyeva (57 kq) A qrupunda ilk görüşdə özbəkistanlı Layloxon Sabirovaya "tuşe" ilə qalib gəlib.
Kişilərdən Məhəmməd Əhmədiyev (87 kq) B qrupunda ilk görüşdə cəmi 26 saniyəyə tacikistanlı Bəxtəvər Həsənovu 8:0 hesabıyla məğlub edib. O daha sonra qırğızıstanlı Atabəy Azisbəyə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.
Sabah Şəriəti (130 kq) B qrupunda ilk görüşdə özbəkistanlı Mumincan Abdullayevə 4:1 hesabıyla qalib gəlib.
Murad Məmmədov (60 kq) qazaxıstanlı Yernar Fidəhmədova 4:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.
Qeyd edək ki, bu gün titullu güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) da mübarizə aparacaq.