
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında kikboksinq yarışları başa çatıb.
Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Elvin Ağayev (full contact, 86 kq) finalda meydan sahibi Türkiyə idmançısı Əmrah Yaşara uduzaraq gümüş medalla kifayətlənib.
Beləliklə, 24 idmançı ilə qatılan Azərbaycan İslamiadanın kikboksinq yarışlarını 15 medalla tamamlayıb. Bunlardan 3-ü qızıl, 5-i gümüş və 7-si bürünc medaldır.
Azərbaycana medalla qayıdacaq kikboksçular bunlardır: Bəhram Rəcəbzadə (low kick, +91 kq), Fərid Ağamoğlanov (full contact, 63,5 kq), Anar Məmmədov (low kick, 57 kq) – qızıl, Rəhim Əliyev (low kick, 71 kq), Camal Məmmədov (full contact, 54 kq), Ramal Aslanov (low kick, 75 kq), Saqi Salehli (full contact, 75 kq), Elvin Ağayev (full contact, 86 kq) – gümüş, Amil Məmmədov (full contact, 51 kq), Ramiz Məmmədov (full contact, 60 kq), Elxan Əliyev (full contact, 71 kq), Arzuman Qədimov (low kick, 63,5 kq), Qəşəm Məmmədov (low kick, 67 kq), Bəybala Quliyev (low kick, 86 kq), Aysu Devrişova (56 kq) – bürünc.
Qeyd edək ki, Azərbaycan kikboksinq millisinin bu il növbəti mötəbər yarışı da qardaş ölkə Türkiyədə olacaq. Belə ki, Azərbaycan yığmasını 11-20 noyabr tarixlərində Antalyada keçiriləcək Avropa çempionatı gözləyir.
----------------------------------
Azərbaycan kikboksçuları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 3-cü qızıl medalı qazanıb.
Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, dünya çempionu Anar Məmmədov (low kick, 57 kq) finalda meydan sahibi Türkiyə idmançısı Hatip Emlekə qalib gəlməklə İslamiadanın qalibi olub.
Digər dünya çempionu Ramal Aslanov (low kick, 75 kq) finalda meydan sahibi Türkiyə kikboksçusu Ünal Alkayışa uduzub.
Saqi Salehli (full contact, 75 kq) isə finalda Mahmud Xayotova (Özbəkistan) uduzaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, bu gün Elvin Ağayev (full contact, 86 kq) də final görüşünə çıxacaq.
-------------------------------------
Azəbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha bir qızıl medal qazanıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, kikboksçu Fərid Ağamoğlanov (Full kontact 63,5 kq) İslamiadanın qalibi olub.
Finalda uduzan Camal Məmmədov (Full kontact, 54 kq) gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Azərbaycan qızıl mealların sayını 27-yə çatdırıb.