Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.
Sportnet.az- ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı Giorgi Sardalaşvilini məğlub edib.
Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva isə bürünc medala yiyələnib. O, 3-cü yer uğrunda görüşdə çinli Yeqing Zhunu məğlub edib.
Qeyd edək ki, Böyük Dəbilqə martın 26-da başa çatacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.