Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Çexiyanın Teplitse şəhərində start götürəcək Avropa kuboku yarışlarında mübarizəyə başlayır.
Sportnet.az xəbər verir ki, turnirin ilk gündə millimizin 18 üzvü tatami üzərinə çıxacaq.
Qızların yarışında 40, 44, 48, 52 kiloqram çəki dərəcəsində 6, oğlanların mübarizəsində isə 50, 55, 60 və 66 kiloqram çəkidə 12 idmançımız çıxış edəcək.
Bu gün milli komandamızın üzvlərindən Xədicə Abdullayeva (40 kq), Məryəm Bayramzadə (44 kq), Vüsalə Hacıyeva, Fəridə Mirzəyeva (hər ikisi 48 kq), Xədicə Qədəşova, Aytən Verdiyeva (hər ikisi 52 kq), Rəsul Əliyev (50 kq), Mirxaliq İskəndərov, Fərid Qarayev, Həsən Həsənli, Ayxan Mirzəzadə (hamısı 55 kq), Xanəhməd Şərifov, Məhəmməd Musayev (hər ikisi 60 kq) və Murad Allahverdiyev, Mehdi Cəfərov, Səid Şərifov, Emil Hüseynzadə və Əbil Yusubov (hamısı 66 kq) medallar uğrunda mübarizə aparacaqlar.