Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.
Spornet.az xəbər verir ki, yarışın 2-ci günündə Azərbaycanın 4 cüdoçusu yarışa qoşulacaq. İdmançılarımızın hər biri 1/16 finaldan mübarizəyə başlayacaq.
Telman Vəliyev (73 kq) Baham adalarından olan Andrev Manninqslə, Rəşid Məmmədəliyev (73 kq) isə Türkmənistan idmançısı Parahat Nazarovla üz-üzə gələcək.
Zelim Tçkayevin (81 kq) ilk rəqibi bəhreynli Askerbiy Qerbekov olacaq. Eyni çəki dərəcəsində Məhərrəm İmamverdiyev isə almaniyalı Tim Qramkovla münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan millisinin heyətində yalnız Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.