Gürcüstanın Batumi şəhərində Dünya Çempionu Muxran Vaxtanqadzenin şərəfinə
həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir
keçirilib. Sportnet.az-ın məlumatına görə, məşqçilər
Zöhrab Abbasov və Turac Hüseynovun rəhbərliyi altında turnirdə iştirak edən
yığmamızın üzvləri 1 qızıl, 3 gümüş və 1 bürünc medal
qazanıb.
55 kq çəkidə
mübarizə aparan Təbriz Yusifzadə bütün rəqiblərindən üstün olub və turnirin
qızıl medalına sahib olub. Mikayıl Rəhmanov (60 kq), Soslan Fanziyev (96 kq) və
Cavid Feyziyev (120 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib.
Bürünc medalı isə yığmamıza Murad Allahverdiyev (66 kq) qazandırıb.
Komanda
hesabında yığmamız üçüncü pillədə qərarlaşıb.
Görüşlərin
idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Ceyhun Salmanov təmsil
edib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |