
Ukraynanın Lvov şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir. Sportnet.az-ın federasiyanın rəsmi saytına istinadən məlumatına görə, ötən gün rinqə çıxan 5 boksçumuzdan 4-ü qələbə qazanıb.
46 kq çəki dərəcəsindəki təmsilçimiz Kənan Əliyev irlandiyalı Zak Patrik üzərində qələbə qazanıb – 3:0. Boksçumuz 1/4 finalda Gürcüstan nümayəndəsi Sahil Allahverdiyevlə üz-üzə gələcək.
Niyaməddin Allahverdiyev də (52 kq) rinqi qələbə ilə tərk edib. Milli komandamızın üzvü Türkiyə boksçusu Ünal Kalkışımla döyüşdən qalib ayrılıb – 3:0. Həmyerlimizi 1/4 finalda ukraynalı Taras Bondarçuk gözləyir.
54 kq çəki dərəcəsində çıxış edən Orxan Həsənov da komandamıza qələbə qazandırıb. Həsənov italiyalı Kristian Qasparrinini çətinliklə üstələyib – 2:1. Boksçumuz 1/4 finalda Almaniya təmsilçisi Noah Fişerlə qarşılaşacaq.
Komandamızın liderlərindən sayılan Bəxtiyar Qazıbəyov (60 kq) Rumıniya idmançısı Viorel Marian Fiku üzərində qələbə qazanıb – 3:0. Qazıbəyov 1/4 finalda latviyalı Edqars Korzenevskislə üz-üzə gələcək.
Boksçularımızdan yalnız 50 kq çəki dərəcəsində mübarizə aparan Seyidrza Sadıqov 1/8 finalda Gürcüstan təmsilçisi Otar Naverianiyə məğlub olub- 1:2.
Bu gün digər çəki dərəcələrində 1/8 final mərhələsinin görüşləri keçiriləcək.