Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Bakıda keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.
Sportnet.az xəbər verir ki, 59 kiloqram çəkidə çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada rumıniyalı Ana Maria Puiuya tam üstünlüklə (8:0) qalib gəlib.
Yığmanın digər iki üzvü - Elnurə Məmmədova (53 kiloqram) və Jalə Əliyeva (57 kiloqram) isə sabah finalda mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa çempionatının ilk 3 günündə Azərbaycan ümumilikdə 8 medal qazanıb. Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) isə bürünc medala yiyələniblər.
--------------------------------------
Azərbaycanın iki qadın güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
Sportnet.az xəbər verir ki, Jalə Əliyeva (57 kq) və Elnurə Məmmədova (53 kq) həlledici qarşılaşmaya vəsiqə qazanıblar.
Nigar Mirzəzadə (65 kq) və Mərziyyə Sadıqova (72 kq) əvvəlki mərhələdə uduzublar.
Bu gün Ruzanna Məmmədova (59 kq) bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Şəhanə Nəzərova (50 kq) isə təsəlliverici dueldə məğlub olub.
Qeyd edək ki, əvvəlki üç gündə Azərbaycan millisinin üzvləri 8 medal qazanıblar. Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) çempion olublar. Nihad Quluzadə (60) gümüş, Ruslan Nurullayev (72 kq), Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97) isə bürünc medala yiyələniblər.
----------------------------------------
Azərbaycanın 2 qadın güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
Sportnet.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan idmançılardan Elnurə Məmmədova (53 kiloqram) və Jalə Əliyeva (57 kiloqram) adlarını 1/2 finala yazdırıblar.
Nigar Mirzəzadə (65 kiloqram) təsnifatda, Mərziyyə Sadıqova (72 kiloqram) isə 1/4 finalda uduzublar.
Bundan başqa, təsəlliverici görüşlərdə qüvvəsini sınayan qadın güləşçilərimizdən Ruzanna Məmmədova (59 kiloqram) qalib gələrək bürünc medal qarşılaşmasına vəsiqə qazanıb, Şəhanə Nəzərova (50 kiloqram) isə məğlub olaraq yarışı medalsız başa vurub.
Qeyd edək ki, Avropa çempionatının ilk 3 günündə Azərbaycan ümumilikdə 8 medal qazanıb. Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) isə bürünc medala yiyələniblər.
----------------------------------------
Azərbaycanın 6 güləşçisi Bakı İdman Sarayında keçirilən U-23 Avropa çempionatının dördüncü günündə mübarizə aparacaq.
Sportnet.az xəbər verir ki, bu gün qadın güləşçilər döşək üzərinə çıxacaqlar.
Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Nigar Mirzəzadə (65 kq) və Mərziyyə Sadıxova (72 kq) ilkin mərhələdən mübarizəyə başlayacaqlar. Şəhanə Nəzərova (50 kq) və Ruzanna Məmmədova (59 kq) isə təsəlliverici görüşə çıxacaqlar.