Azərbaycanın qadın cüdoçusu Aleksandra-Larisa Florian Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidəki Böyük Dəbilqə turnirində bürünc medal uğrunda görüşə çıxıb.
Sportnet.az xəbər verir ki, 57 kq çəkidə yarışan 24 yaşlı rumıniyalı legioner cənubi koreyalı Kim Can Di ilə üz-üzə gəlib. Azərbaycan təmsilçisi rəqibinə məğlub olaraq beşinci yerlə kifayətlənib.
Daha öncə Orxan Səfərov (66 kq) gümüş medala sahib olub.
----------------------------------------------
Azərbaycan cüdoçusu Orxan Səfərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidəki Böyük Dəbilqə turnirində final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə italiyalı Manuel Lombardo ilə üz-üzə gəlib. Rəqibinə ipponla məğlub olan Səfərov gümüş medal qazanıb.
Qadınların yarışında Aleksandra-Larisa Florian (57 kq) bürünc medal uğrunda qarşılaşmada cənubi koreyalı Kim Can Di ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi yarışa 10 kişi və 5 qadın cüdoçu ilə qatılıb. Bu gün mübarizə aparanlardan Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi 60 kq) və Nicat Şıxəlizadə medal qazanmaq şanslarını itiriblər.
----------------------------------------
Azərbaycan cüdoçusu Orxan Səfərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə bu gün start götürən Böyük Dəbilqə turnirində finala vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, 66 kq çəkidə çıxış edən 28 yaşlı idmançı yarımfinalda kubalı Orlando Polankonu üstələyib. O, həlledici görüşdə italiyalı Manuel Lombardo ilə qarşılaşacaq.
Qadınların mübarizəsində isə Aleksandra-Larisa Florian yarımfinala adlayıb. 57 kq çəkidə yarışan 24 yaşlı rumıniyalı legioner macarıstanlı Hedviq Karakasdan güclü olub. O, şimali koreyalı Cin Kimlə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan millisi yarışa 10 kişi və 5 qadın cüdoçu ilə qatılıb. Bu gün mübarizə aparanlardan Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi 60 kq) və Nicat Şıxəlizadə medal qazanmaq şanslarını itiriblər.
--------------------------------------------------------------
Azərbaycan cüdoçusu Orxan Səfərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə bu gün start götürən Böyük Dəbilqə turnirində yarımfinala yüksəlib.
Sportnet.az xəbər verir ki, 66 kq çəkidə çıxış edən 28 yaşlı idmançı 1/4 finalda qazaxıstanlı Erlan Serikcanovdan güclü olub. O, bunadək almaniyalı Sebastyan Seydli, israilli Tal Flikeri və rusiyalı Mixail Pulyayevi üstələyib.
Səfərov finala vəsiqə uğrundan kubalı Orlando Polanko ilə qarşılaşacaq.
Qadınların mübarizəsində Aleksandra-Larisa Florian 1/4 finala çıxıb. 57 kq çəkidə yarışan 24 yaşlı rumıniyalı legioner ardıcıllıqla cənubi koreyalı Yu Jvonq Kvon və çinli Ven Janqı məğlub edib. O, yarımfinala vəsiqə üçün macarıstanlı Hedviq Karakasla görüşəcək.