Azərbaycan idmançısı Xalid Əliyev İsveçin Stokholm şəhərində keçirilən “Satellite” seriyalı turnirdə çıxış edib.
Sportnet.az xəbər verir ki, qrup mərhələsində 4 qələbə qazanan şpaqaçı 1/32 finalda hollandiyalı David Van Nuneni 15:11 hesabı ilə məğlub edib.
Əliyev 1/16 finalda digər hollandiyalı şpaqaçı Tristan Tulenə 6:15 hesabı ilə uduzub. O, 25 ölkədən 122 idmançının yarışdığı turnirdə 23-cü olub.