Belarusun paytaxtı Minskdə keçiriləcək qılıncoynatma üzrə Avropa çempionatı qeyri-müəyyən müddətə təxirə salınıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Belarus Qılıncoynatma Federasiyasının sədri Dmitri Şiçko bildirib. O, beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişer Usmanovdan müvafiq məzmunlu məktub aldıqlarını açıqlayıb.
Qeyd edək ki, Avropa çempionatı 16 - 21 iyunda nəzərdə tutulmuşdu. Beynəlxalq Qılıncoynatma Federasiyası daha öncə iyunadək olan bütün turnirləri təxirə salıb. Avropa çempionatında Azərbaycan idmançılarının da iştirakı planlaşdırılırdı.