Estoniyanın paytaxtı Tallində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa çempionatına yekun vurulub.
Sportnet.az xəbər verir ki, son yarış günündə gənc qız şpaqaçılar və gənc oğlan sablyaçların komanda yarışında qaliblər müəyyənləşib.
Xədicə Həsənli, Nazilə Rəhimova, Azərin İdriszadə və Aynur Quliyevadan ibarət şpaqa üzrə Azərbaycan millisi ilk görüşdə Finlandiya yığmasına 45:28 hesabı ilə qalib gəlsə də, ən güclü “8-liy”ə yüksəlmək uğrunda dueldə İsraili təmsil edən kollektivə 29:45 hesabı ilə uduzub.
Murad Əkbərov, Maqsud Hüseynli, Saleh Məmmədov və Ayxan Xasıyevdən ibarət sablya üzrə komanda ilk görüşdə Macarıstan seçməsinə 31:45 hesabı ilə uduzub.