
Müxtəlif beynəlxalq freestyle yarışların iştirakçısı və qalibi olmuş italiyalı Laura Biondo AFFA tərəfindən Bakıya dəvət olunub. Sportnet.az-ın məlumatına görə, məqsəd Bakının 2020-ci il Avropa çempionatına namizədliyinin irəli sürülməsinin ölkə daxilində təbliğatıdır.
Biondo Bakının müxtəlif yerlərində quraşdırılmış Bakı Avro-2020 təqdimat lövhələrinin qarşısında topla davranmaq bacarığını nümayiş etdirib.