İsveçrəli qapıçı Yan Zommer millidəki karyerasını başa vurduğunu açıqlayıb.
Sportnet.az xəbər verir ki, bu barədə İsveçrə Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
35 yaşlı qolkiper 2012-ci ildən yığmanın formasını geyinib. O, millidə ümumilikdə 94 matçda meydanda olub və 92 qol buraxıb. Zommer 35 görüşdə qapısını toxunulmaz saxlayıb.