
"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu Türkiyədə çalışa bilər.
Sportnet.az xəbər verir ki, "Ankaragücü" rumıniyalı mütəxəssisi komandanın sükanı arxasına gətirmək istəyir.
I Liqa təmsilçisi Mutu ilə yanaşı, Ömər Ərdoğanla da danışıq aparır. Paxtaxt klubu danışıqların nəticəsinə əsasən bu iki mütəxəssis arasında seçim edəcək.
Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov da "Ankaragücü"də çıxış edir.
Qeyd edək ki, Adrian Mutu 2023/2024 mövsümünün birinci yarısında "Neftçi"yə rəhbərlik edib. Onun son iş yeri ölkəsində ÇFR olub.