
İspaniyanın "Barselona" komandası bu il avqust ayının sonunda karyerasını başa vurduğunu açıqlayan qapıçı Voytsex Şensnını transfer edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Polşalı qapıçı dizindən ciddi zədə alaraq mövsümün sonuna kimi yaşıl meydanlardan kənarda qalan almaniyalı Mark-Andre ter Ştegenin əvəzləyicisi olacaq.
Qeyd edək ki, Voytsex Şensnı İtaliyanın "Yuventus" və İngiltərənin “Arsenal” klublarında da çıxış edib.