1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Böyükağa Hacıyev: "Hələ tam komplektləşməmişik"
"Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Gürcüstanın "Çixura” klubu ilə ikinci yoxlama oyunundan sonra fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis flaqmanın rəsmi saytına açıqlamasında ümumilikdə komandasından razı qaldığını bildirib.
Bununla yanaşı, Hacıyev hələ tam komplektləşmədiklərini etiraf edib: "Oyun çox pis hava şəraitində keçdi. Meydançanın durumu tam oynamağa imkan vermirdi. Sizə deyim ki, gənclərdə istək təcrübəlilərə nisbətən daha çoxdur və onlar bunu meydançada hiss elətdirirlər. Təcrübəli futbolçularımız hazırlığa nisbətən gec qatıldığından, gənclərin fiziki hazırlığı onlara nisbətən daha yaxşıdır. Əgər Cavid İmamverdiyev penalti zərbəsindən, eləcə də Nicat Qurbanov və Ruslan Qurbanov qol imkanlarından istifadə etsəydi, böyük hesabla qalib gələ bilərdik. Ümumiyyətlə, bir həftəlik hazırlıqdan sonra oynadığımız futboldan razıyam. Bununla belə, komanda hələ tam komplektləşməyib. Çünki bəzi xətlərdə yeni futbolçular mövcuddur. Məsələn, Kauenin adaptasiya keçməsi üçün bir az zamana ehtiyac var. Elvin Bədəlovu Elvin Yunuszadə ilə bir xətdə oynadırıq".
Hacıyevin sözlərinə görə, "Neftçi" iyunun 25-də və 27-də keçirəcəyi yoxlama oyunlarından sonra komplektləşəcək və Avstriyadakı təlim-məşq toplanışı üçün müəyyənləşən heyətdə Avroliqa komandası məlum olacaq: "Əsas odur ki, "Neftçi” heyətini qoruyub saxlaya bilib. Bu heyətlə daha yaxşı futbol oynayacağıq”.