Avropanın 37 milli futbol liqası Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) ilə birlikdə FIFA-nı Avropa Məhkəməsinə şikayət edib.
Sportnet.az xarici mətbuata istinadən xəbər verir ki, buna ali futbol qurumunun oyunların sayını artırmaq üçün verdiyi birtərəfli qərarlar səbəb olub.
Şikayət ərizəsində FIFA-nın turnir təşkilatçısı kimi səlahiyyətlərindən sui-istifadə etdiyi və futbolçuların rifahı ilə maraqlanmadığı iddia olunub.
Milli futbol liqalarının və FIFPro-nun əsas məqsədi futbolçuları ildə üç-dörd həftəlik məcburi istirahətə göndərməkdir.