
FIFA referisi Elçin Məsiyev yeni təyinat alıb.
Sportnet.az xəbər verir ki, o, UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupunda Lüksemburq və Şimali İrlandiya yığmaları arasında keçiriləcək VI tur oyununun baş hakimi olacaq.
Referiyə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Peter Bankes və Endryu Medli olacaqlar.