"Qalatasaray" Braziliyanın "Fluminense" klubunda çıxış edən Con Ariası transfer etmək istəyir.
Sportnet.az xəbər verir ki, İstanbul təmsilçisi yayda heyətinə qata bilmədiyi kolumbiyalı vinger üçün yenidən hərəkətə keçib.
Bakıda keçirilən COP29 samnitində iştirak edən "Qalatasaray"ın İdarə Heyətinin üzvü İbrahim Hatipoğlu tədbirə qatılan "Fluminense" rəsmiləri ilə transferi yenidən müzakirə edib. "Sarı-qırmızılar"ın rəsmisi Braziliya klubuna 10 milyon avro təklif edib.
Yayda "Qalatasaray"dan 18 milyon avro tələb edən "Fluminense"nin daha aşağı məbləğə razılaşacağı gözlənilir.
Qeyd edək ki, "Fluminense" Con Ariası 2021-ci ilin yayında "İndependyente Santa Fe"dən (Kolumbiya) transfer edib. Kolumbiya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində keçirdiyi 190 rəsmi matçda 42 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.