AFFA prezidenti Rövşən Nəcəfin "Qarabağ"la paylaşımı başına bəla olub.
Sportnet.az xəbər verir ki, funksioner Ağdam təmsilçisinin UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransa "Lion"u ilə oyunundan əvvəl status yazıb. O, Azərbaycan çempionuna uğurlar arzulayıb.
Elə hər şey bundan sonra başlayıb. Sosial şəbəkə istifadəçiləri statusun şərh bölməsində milli assosiasiya rəhbərini tənqid atəşinə tutublar. Hətta R.Nəcəfin fikirlərini lağa qoyanlar da olub.
Həmin statusu və altında yazılan bəzi maraqlı şərhləri təqdim edirik: