AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan növbəti dəfə təyinat alıb.
Sportnet.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının III mərhələsində Türkiyədə “Trabzonspor” ilə Bosniya və Herseqovinanın “Sarayevo” komandası arasında keçiriləcək cavab matçının UEFA nümayəndəsi olacaq.
Dekabrın 11-də Şenol Günəş İdman Kompleksində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Oyunu Belarusdan olan hakimlər briqadası idarə edəcək.