"Qalatasaray"ın sabiq futbolçusu Yuniçi İnamoto karyerasını bitirib.
Sportnet.az xəbər verir ki, 2006-2007-ci illərdə İstanbul klubunun formasını geyinən yaponiyalı yarımmüdafiəçi 45 yaşında futboldan gedib.
İnamoto Avropada "Qalatasaray"dan başqa, "Arsenal", "Fulhem", "Vest Bromviç", "Kardiff Siti", "Ayntraxt Frankfurt" və "Renn" klublarının şərəfini qoruyub.
Qeyd edək ki, o, Yaponiya millisində 82 oyuna 5 qol vurub. İnamoto ölkəsində keçirilən 2002 mundialında Belçika və Rusiya ilə oyunlarda fərqlənib.