"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov Rusiyanın "Sport-ekspress" qəzetinə müsahibə verib.
Sportnet.az xəbər verir ki, 33 yaşlı qolkiper Ağdam klubu ilə bağlı fikirlərini də bölüşüb.
O, bildirib ki, "Qarabağ" Rusiya çempionatında oynasaydı, lidərlərdən biri olardı: "Buna şübhə yoxdur. Onlar ən yüksək yerlər uğrunda yarışardılar. "Qarabağ" ilk "6-lığ"a 100 faiz düşərdi".
Xatırladaq ki, Lunyov 2023/24 mövsümündə "Qarabağ"da çıxış edib. Ağdam klubu ilə müqaviləsi başa çatdıqdan sonra isə "Dinamo"ya keçib.