
Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Sumqayıt" klubu daha bir futbolçu ilə müqavilə imzalayıb. Sportnet.az-ın məlumatına görə, bu, Rusiya "Kuban"ının yetirməsi Təvəkkül Məmmədovdur.
21 yaşlı cinah yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Təvəkkül Məmmədovun son klubunu Armavir "Torpedo"su olub. O, ötən mövsüm "Torpedo"nun heyətində 25 oyuna 4 qol vurub.