İtaliya A Seriyasının XXXIV turunda "Milan" "Yuventus"u qonaq edib.
Sportnet.az xəbər verir ki, "San Siro" stadionunda keçirilmiş görüş qolsuz yekunlaşıb - 0:0.
Turinlilər Markus Turamın 36-cı dəqiqədə qapıdan keçirdiyi topla hesabı açsa da, bu qol VAR müdaxiləsindən sonra ləğv edilib.
Beləliklə, 2-ci yerdəki "Napoli" ilə xalları bərabərləşdirmək şansını qaçıran "Milan" 67 xalla 3-cü pillədə qərarlaşıb. "Qırmızı-qaralar"ın 3 xal gerisində olan "Yuventus" isə 4-cü sıradadır. Turinlilər 5-ci yerdə olan "Komo"nu 3 xalla üstələyir.
Qeyd edək ki, "Milan" növbəti turda "Sassuolo", "Yuventus" isə "Verona" ilə qarşılaşacaq.













































































