Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimovun namizədliyi Avropa Şahmat Birliyinin (ECU) vitse-prezidenti vəzifəsinə irəli sürülüb.
Sportnet.az-ın məlumatına görə, mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun qardaşı S.Həşimovun namizədliyi Azərbaycan Şahmat Federasiyası (AŞF) tərəfindən verilib.
Qeyd edək ki, Avropa Şahmat Birliyinin rəhbərliyinə seçkilər bu il iyunun 18-də keçiriləcək.


















































































