İngiltərənin "Nyukasl” klubunun hücumçusu Aleksander İsak komandanın keçmiş oyunçuları Endi Koul və Alan Şirerin rekordunu təkrarlayıb.
Sportnet.az “Squawka”ya istinadən məlumatına görə, isveçli futbolçu bunu İngiltərə Premyer Liqasının 16-cı turunda "Lester”ə qarşı matçda (4:0) qol vurmaqla və məhsuldar ötürmə etməklə reallaşdırıb.
A.İsak bir təqvim ili ərzində İngiltərə Premyer Liqasında “Nyukasl”ın tarixində 20 qol vuran üçüncü oyunçu olub. E.Koul bu göstəriciyə 1994-cü, A.Şirer isə 1999 və 2002-ci illərdə nail olmuşdu.
Qeyd edək ki, “Nyukasl”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər olan 25 yaşlı ön xətt oyunçusu cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 16 matçda səkkiz qol və dörd məhsuldar ötürmə ilə diqqət çəkib.