"Roundhouse" şirkəti "Everton"un səhmlərinin nəzarət paketini alıb.
Sportnet.az xəbər verir ki, adıçəkilən şirkət "Roma"nın sahibi "The Friedkin Group"a daxildir.
Sövdələşmə ilə bağlı razılaşmanın hələ sentyabr ayında əldə edildiyi və Premyer Liqa, İngiltərə Futbol Assosiasiyası, Qadınların Peşəkar Liqası və Böyük Britaniyanın Maliyyə Davranışı Təşkilatından lazımi icazələrin alındığı bildirilir.
Qeyd edək ki, "Everton" 9 dəfə İngiltərə çempionu və 1985-ci ildə Avropa Kubok Qalibləri Kubokunun qalibi olub. Cari mövsümdə 16 turdan sonra Liverpul təmsilçisi Premyer Liqada 16-cı pillədə qərarlaşıb.