Ukraynalı məşqçi Aleksandr Qriçay DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərini dəyərləndirib.
Sportnet.az xəbər verir ki, 47 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında düşdükləri qrup barədə fikirlərini bildirib.
O, Azərbaycan millisi barədə düşüncələrini də bölüşüb: “Fransa ilə Xorvatiyanı müqayisə etsək, təbii ki, xorvatların rəqibi olmaq istərdik. Balkan komandası da asan rəqib deyil, amma müqayisədə Didye Deşamın kollektivi daha güclüdür. İslandiya və Azərbaycan haqqında nə deyə bilərəm? Hamımız Millətlər Liqasında Albaniyaya asanlıqla qalib gələcəyimizi düşünürdük. Ancaq Millətlər Liqasının ilk turunda onlara uduzduq. İslandiya və Azərbaycanla da çətin matçların olacağını deyə bilərik. Coğrafi baxımdan uzaq ölkələrdir. Üstəlik, səfər qarşılaşmalarında onları tribunada dəstəkləyən azarkeşlər olacaq. Ona görə də Azərbaycan və İslandiya ilə səfər görüşləri çətin olacaq”.
Qeyd edək ki, millimiz DÇ-2026-nın seçmə mərhələsində Ukrayna, İslandiya, eləcə də Millətlər Liqasının Fransa – Xorvatiya cütünün qalibi ilə D qrupunda mübarizə aparacaq. Seçmə mərhələyə gələn ilin sentyabrında start veriləcək.