Polşanın “Lex” klubunun futbolçusu Adriel Ba Lua Misli Premyer Liqasında çıxış edə bilər.
Sportnet.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. Belə ki, polşalı jurnalist Sebastian Staşevskonun iddiasına görə, 28 yaşlı futbolçuya "Rubin", "Axmat", "Kayserispor", həmçinin adı açıqlanmayan Azərbaycan klubu maraq göstərir.
Ba Lua “Lex”in Türkiyədə keçiriləcək qış təlim-məşq toplanışına yollanmayacaq və karyerasını davam etdirmək üçün başqa variantları nəzərdən keçirəcək. Kotdivuardan olan futbolçunun “Lex”lə müqaviləsinin müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Mimozas”, “Vayle”, “Karvina” və “Viktoriya" (Plzen) klublarında oynayıb.