Almaniya mətbuatı “Nürnberq”in futbolçularının mövsümün ilk yarısı üçün bəzi statistikasını açıqlayıb.
Sportnet.az xəbər verir ki, zərbənin gücü və sürəti ilə bağlı göstəricilərdə azərbaycanlı hücumçu Mahir Emrelinin də adı qeyd olunub.
Belə ki, azərbaycanlı hücumçunun matçların birində vurduğu zərbə 118,1 km/saat sürətə çatıb. Bu, mövsümün ilk yarısında komandanın futbolçuları arasında ən yüksək göstəricidir.
Emreli ötən ilin avqustunda 2-ci Bundesliqa klubuna keçib. Hazırda onun aktivində 4 qol və 1 məhsuldar ötürmə var.