Portuqaliyanın "Portu" klubu baş məşqçisi Vitor Bruno ilə yollarını ayırmağa çox yaxındır.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
42 yaşlı mütəxəssislə müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı danışıqların başladığı bildirilib.
Qeyd edək ki, "Portu" ötən gün çempionatın XVIII turunda səfərdə "Jil Visente"yə uduzub - 1:3. Vitor Bruno ötən ilin yayında baş məşqçi təyin olunmuşdu